AZ

“Napoli”nin baş məşqçisi hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Napoli”nin baş məşqçisi Antonio Konte barəsində İtaliya Kuboku matçında “Komo”ya (1:1) qarşı keçirilən oyundan sonra intizam araşdırması aparılıb.

İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, məşqçi oyun zamanı hakim Canluka Manqaniellonu təhqir edib. Mənbənin məlumatına görə, Konte hakimi “axmaq” adlandırıb və ondan monitora gedib “Komo”nun müdafiəçisi Yakobo Ramonla bağlı hadisəni mümkün qırmızı vərəqə üçün nəzərdən keçirməsini tələb edib.

Futbol federasiyasının nümayəndələrinin artıq məşqçinin günahını təsdiqləyə biləcək video və audio sübutlar topladığı bildirilir. Konte günahını boynuna almasa və cərimə ilə razılaşmasa, bir oyunluq cəza ilə üzləşə bilər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
icma.az

3Mənbələr