AZ

Artıq heç heçə olmayacaq

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaponiya futbolunda 2026-cı il mövsümünün startı ilə bərabər eksperimental dəyişikliklər tətbiq olunmağa başlayıb.

“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, Yaponiya Liqası (J.League) tarixində ilk dəfə olaraq oyunlarda heç-heçə nəticəsini ləğv edib.

Bu yenilik fevralın əvvəlində start götürən və “J1 100 Year Vision League” adlanan xüsusi keçid turniri çərçivəsində reallaşır.

Yeni qaydalara əsasən, matçın 90 dəqiqəsi bərabərə bitərsə, qalibi müəyyən etmək üçün dərhal penaltilər seriyasına müraciət olunur. Xalların bölüşdürülməsi isə aşağıdakı sistemlə həyata keçirilir: 90 dəqiqə ərzində qazanılan qələbəyə görə 3 xal, penaltilər seriyasında qələbəyə görə 2 xal, penaltilər seriyasında məğlubiyyətə görə 1 xal, əsas vaxtda məğlubiyyətə görə isə 0 xal verilir.

Qeyd edək ki, tam formatlı yeni mövsüm 2026-cı ilin avqustunda başlayacaq və həmin vaxtdan etibarən ənənəvi xal sisteminə qayıdılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
qafqazinfo.az

1Mənbələr