“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand oyunçu karyerası ərzində aldığı zədələrin yaratdığı sağlamlıq problemləri barədə danışıb.
Publika.az xəbər verir ki, “Men’s Health” Ferdinandın sözlərini sitat gətirib:
“Uzun müddətdir ki, bel ağrım var. Bu, aldığım zədələrin nəticəsidir. Altı il həb və iynələrlə oynadım. Bu, mənə çox pis təsir etdi. Bəzən belim o qədər ağrıyır ki, günlərlə xəstəxanada və ya əlil arabasında qalıram. Ağrının birdən-birə necə asanlıqla yarana bilməsi heyrətamizdir.
Zədəni bərpa etmək əvəzinə, əsas məsələ zədənin baş verməsindən əvvəl qarşısını almaqdır. Nəhayət ki, bunu anladım. Amma mənim 47 yaşım var, bunu anlamaq üçün çox vaxt lazım oldu”.