AZ

Rusiya "WhatsApp"ın bərpasının şərtini açıqlayıb

BAKI, 12 fevral. TELEQRAF

"WhatsApp"ın Rusiyada fəaliyyətinin bərpası "Meta" şirkətinin ölkə qanunvericiliyinin tələblərini yerinə yetirməsindən asılıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, məsələ hüquqi çərçivədədir və platformanın işi yalnız qanunların icra olunması şərti ilə bərpa edilə bilər. Peskov vurğulayıb ki, bu məsələdə istisna və ya xüsusi yanaşma nəzərdə tutulmur.

Xatırladaq ki, "Meta" şirkətinə məxsus xidmətlərin Rusiyada fəaliyyəti ilə bağlı qərarlar daha əvvəl qəbul edilmiş hüquqi tələblər çərçivəsində qiymətləndirilir.

Kreml nümayəndəsi vurğulayıb ki, şirkət Rusiya tərəfinin tələblərini görməzlikdən gəlməyə davam edərsə, xidmətin geri qayıtması üçün heç bir şans olmayacaq. Onun sözlərinə görə, "Meta" əvvəlki kimi barışmaz mövqe tutsa və Rusiya qanunvericiliyinə uyğunlaşmağa tam hazır olmadığını nümayiş etdirsə, bu halda "WhatsApp"ın fəaliyyətinin bərpası mümkün olmayacaq.

Seçilən
43
teleqraf.com

1Mənbələr