“Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.
Sportinfo.az PFL-in saytına istinadən xəbər veir ki, bu, Misli Premyer Liqasının 19-cu turuna təsadüf edib.
Masazır təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.
Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.
2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib - 1:0.