AZ

Suriyadakı 5 mindən çox İŞİD-çi İraqa təhvil verilib

Suriyada saxlanılan 5 046 İŞİD terror təşkilatının üzvü İraqa ekstradisiya edilib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İraqın ədliyyə naziri Xalid Şivani məlumat verib.

Onun sözlərinə görə, 60 ölkənin vətəndaşı olan terrorçular Bağdaddakı həbsxanalarda saxlanılacaq: "Köçürülməli olanlar İraqa aparılıb. Son mərhələ qalıb; proses bu gün və ya sabah başa çatacaq".

Seçilən
19
far.az

1Mənbələr