AZ

“Latsio” penaltilərlə “Bolonya”nı mübarizədən kənarlaşdırdı

İtaliya Kubokunun sonuncu dörddəbir final görüşündə “Bolonya” öz meydanında “Latsio”nu qəbul edib.

90deqiqe.Az-ın məlumata görə, matçın əsas vaxtında meydan sahibləri daha təhlükəli təsir bağışlasalar da, 90 dəqiqə ərzində qalibi müəyyənləşdirmək mümkün olmayıb. Oyunun 30-cu dəqiqəsinin sonlarına yaxın Santyaqo Kastro hesabı açıb – 1:0. Fasilədən dərhal sonra isə Ticiani Noslin tarazlığı bərpa edib – 1:1.

Beləliklə, qarşılaşmanın taleyi birbaşa penaltilər seriyasında həll olunub. Bu mərhələdə daha dəqiq oynayan “Latsio” futbolçuları yarımfinala vəsiqə qazanıblar.

“Latsio” yarımfinalda “İnter”, “Atalanta” və “Komo”nun yer aldığı mərhələdə mübarizəni davam etdirəcək.

Seçilən
45
90deqiqe.az

1Mənbələr