AZ

ABŞ Almaniyada uzaqmənzilli raketlər yerləşdirsə, Rusiya əks cavab verəcək

BAKI, 12 fevral. TELEQRAF

ABŞ Almaniyada uzaqmənzilli raketlər yerləşdirəcəyi təqdirdə Rusiya daha səmərəli əks-zərbə potensialı yaradacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Qruşkonun sözlərinə görə, əgər Vaşinqton Rusiya Federasiyasına qarşı hərbi güc potensialı formalaşdırmaq yolunu seçərsə, Moskva da eyni, hətta daha effektiv əks-potensial yaratmağa məcbur olacaq. O qeyd edib ki, belə bir ssenaridə tərəflər arasında milli maraqları və hər kəsin təhlükəsizliyini nəzərə alan ağlabatan hərbi çəkindirmə balansı əvəzinə, təhdidlər və əks-təhdidlər balansı formalaşacaq.

Rusiya XİN rəsmisi vurğulayıb ki, bu cür addımlar regionda sabitliyə xidmət etmir və təhlükəsizlik mühitini daha da gərginləşdirə bilər. Onun fikrincə, mövcud vəziyyətdə əsas məqsəd qarşıdurmanı dərinləşdirmək deyil, təhlükəsizlik maraqlarını nəzərə alan balanslı yanaşmanı qorumaq olmalıdır.

Seçilən
36
teleqraf.com

1Mənbələr