AZ

Bəy toyundan qaçaraq dostları ilə “Counter-Strike” oynamağa GETDİ – VİDEO

Özbək bəy toyundan qaçaraq dostları ilə “Counter-Strike” oynamağa gedib.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Özbəkistanda sosial şəbəkələrdə böyük maraq doğuran qeyri-adi hadisə baş verib. Gənc bəy öz toy mərasimini yarıda qoyaraq dostları ilə vaxt keçirmək üçün internet kluba yollanıb.

Məlumata görə, qonaqlar banket zalında ziyafətdə olduqları bir vaxtda, bəy artıq kompüter klubu arxasında əyləşərək dostları ilə məşhur “Counter-Strike” (CS) oyununu oynayırmış.

Diqqətçəkən məqam isə bəyin oyun klubuna birbaşa toy kostyumunda gəlməsi olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bəyin böyük həvəslə “döyüş apardığı” əks olunub.

Bu görüntülər istifadəçilər arasında müxtəlif şərhlərə səbəb olub. Bəziləri bəyin bu hərəkətini zarafatla qarşılasa da, bir çoxları bunu gəlinə və dəvət olunmuş qonaqlara qarşı hörmətsizlik kimi qiymətləndirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr