AZ

Almaniyanın müdafiə naziri: Kiyevin 60 milyard avroluq xarici yardıma ehtiyacı var

Bakı, 12 fevral, AZƏRTAC

Ukraynanın ehtiyaclarını ödəmək üçün bu il 60 milyard avro həcmində xarici yardıma ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Aİ müdafiə nazirlərinin planlaşdırılan görüşünə gəlişi zamanı bildirib.

“Yalnız bu il Ukraynanın ehtiyaclarını qarşılamaq üçün 60 milyard avro məbləğində xarici dəstəyə ehtiyac var. Buna görə də hər iki mənbədən – ikitərəfli, yəni milli səviyyədə və Avropa İttifaqı çərçivəsində ayrılan hər milyard böyük əhəmiyyət daşıyır”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, bəzi ölkələr Aİ-nin Ukraynaya ayırdığı kreditlərin Kiyevə göstərilən ikitərəfli dəstəyin azalmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıq ifadə edirlər. “Mən də bu narahatlığı bölüşürəm, çünki bu vəsaitlər mövcud yardımlara əlavə olmalıdır. Bizə məhz əlavə maliyyə lazımdır”, – deyə Pistorius əlavə edib.

Seçilən
31
azertag.az

1Mənbələr