İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Mançester Siti” və “Fulhem” arasında keçirilən görüş başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, oyunda 3:0 hesabı ilə qalib gələn “şəhərlilər” üç xalı evlərinə aparıblar. Matç Mançester şəhərindəki “Etihad” stadionunda baş tutub. Görüşün baş hakimliyi Pol Tirni (Lancashire) tərəfindən idarə olunub.
24-cü dəqiqədə Antuan Semenyo ev sahiblərini hesabda önə çıxarıb. 30-cu dəqiqədə Niko O’Rayli üstünlüyü ikiqat edib, 39-cu dəqiqədə isə Erlinq Holand fərqi daha da artırıb.
Bu qələbədən sonra “Mançester Siti” 53 xalla liqanın ikinci pilləsində qərarlaşıb, “Fulhem” isə 34 xalla 12-ci yerdədir.
Növbəti turda “şəhərlilər” fevralın 21-də “Nyukasl Yunayted”i qəbul edəcək, “sakinlər” isə fevralın 22-də səfərdə “Sanderlend”lə qarşılaşacaqlar.