AZ

“Neftçi”dəki legioner: “Qazanmalı idik, bu, bizim üçün vacib idi”

“Bizim üçün vacib matç idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç deyib.

Monteneqrolu legioner Misli Premyer Liqasının 19-cu turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb:

“Qələbə qazanmalı idik. Buna görə də görüşə çox ciddi hazırlaşmışdıq.

Oyuna yaxşı başladıq, erkən qol vurduq. Lakin ikinci hissədə bir qədər hücumda fəal deyildik.

İlk 45 dəqiqədəki kimi oynamadıq. Bununla yanaşı, çox çalışdıq və yekunda da istədiyimizə nail olduq”.

Seçilən
23
sportinfo.az

1Mənbələr