AZ

İsrail hərbçiləri 20-dən çox fələstinli radikalı saxlayıb

İsrail hərbçiləri iordan çayının qərb sahilində 20-dən çox fələstinli radikalı saxlayıb.

Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, İsrail ordusu Qərb Sahilinin 12 müxtəlif bölgəsində bir sıra reydlər keçirib.

Bu reydlərdən birində radikal Fələstin hərəkatları olan HƏMAS və İslam Cihadı ilə əlaqədə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. 

Eyni zamanda, terror fəaliyyətində iştirak etməkdə və fələstinlilərin İsrail ərazisinə qanunsuz girişini təşkil etməkdə şübhəli bilinən onlarla şəxs dindirilib.

Digər reydlərdə daha 23 şübhəli saxlanılıb. Həbslər zamanı bir neçə odlu silah, sursat, silah hissələri və bir neçə min şekel nağd pul müsadirə edilib.

Seçilən
11
ucnoqta.az

1Mənbələr