AZ

Ukrayna seçkilərdə xarici kəşfiyyat orqanlarından kömək istəyəcək

BAKI, 12 fevral. TELEQRAF

Ukrayna kəşfiyyat zabiti "The Times" qəzetinə bildirib ki, seçkilər keçiriləcəyi təqdirdə Ukrayna xarici kəşfiyyat xidmətlərindən kömək istəmək niyyətindədir .

Teleqraf xəbər verir ki, Kiyev ukraynalıların yaşadığı ölkələrdən xaricdə seçki məntəqələrinin təşkilində kömək istəmək niyyətindədir.

Bildirilir ki, Ukrayna hakimiyyəti həmçinin xarici kəşfiyyat orqanlarından səsvermənin keçirilməsinə cavabdeh olan yerli vəzifəli şəxsləri yoxlamaq üçün kömək istəyəcək. Ukrayna kəşfiyyat rəsmisi izah edib ki, bu, seçkilərə Rusiyanın müdaxiləsinin qarşısını almaq üçün lazımdır.

"Hər bir səs sayma komissiyası əsas partiyaların yerli nümayəndələrindən ibarət olmalıdır və biz rusların bu komissiyaları öz nümayəndələri ilə təmin etməyə və səsvermə nəticələrinin saxtalaşdırılmasını təşkil etməyə çalışacaqlarını gözləyirik", - deyə zabit bildirib.

Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini İrina Mudra da "The Times" qəzetinə bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski hökumətə ölkədə seçkilərin keçirilməsinə haIrlaşmağı tapşırıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr