AZ

Tramp Netanyahu ilə görüşdə İranla danışıqların davam etdirilməsində israr etdi

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri BinyaminNetanyahu ilə görüşdüyünü, Qəzzadakı vəziyyəti müzakirə etdiyini vəİranla danışıqların davam etdirilməsində israr etdiyiniaçıqladı.

Trend-inməlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosialşəbəkəsində yazıb.

"Heç bir yekun razılıq əldə olunmadı, yalnız mən İranladanışıqların davam etdirilməsində israr etdim ki, razılaşmanınmümkün olub-olmadığını müəyyənləşdirək. Egər bu mümkünsə, Başnazirə bunun ən yaxşı seçim olacağını çatdırdım", - deyə obildirib.

Trampın sözlərinə görə, İranla razılaşma uğursuz olarsa,"nəticənin necə olacağını görmək qalır".

ABŞ prezidenti əlavə edib ki, o, həmçinin Qəzzadakı vəziyyətiİsrail Baş naziri ilə müzakirə edib.

"Biz Qəzzada və bütövlükdə regionda əldə edilən böyükirəliləyişi müzakirə etdik. Əslində, Yaxın Şərqdə sülh bərpaolunub", Tramp yazıb.

Seçilən
29
az.trend.az

1Mənbələr