BAKI, 11 fevral. TELEQRAF
ABŞ təzyiq göstərsə, Rusiya yaya qədər Ukrayna ilə atəşkəs elan edə bilər.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, döyüşlərin yaya qədər dayandırılması həm də Rusiyaya təzyiq göstərməli olan Amerikadan asılıdır: "Atəşkəsdən əvvəl ABŞ ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında və Ukraynanın bərpasına dair sənədin imzalanması və bunun üçün həm amerikalıların, həm də avropalıların iştirakı, 20 maddəlik Sülh Planı, xüsusən də Donetsk bölgəsinin gələcəyi barədə razılığın əldə edilməsi vacibdir. Düşünürəm ki, bütün bunları yaydan əvvəl edə bilərik".