AZ

Tramp qorxunc planı işə saldı: Hədəf Tehrandır, onlar belə vurulacaq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ-ın İrana təzyiqi gücləndirmək məqsədilə neft qiymətlərinin artmasına səbəb ola biləcək mümkün plan üzərində müzakirələr apardığı iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qeyd olunur ki, bu yanaşma Tramp administrasiyasının Tehran üzərində siyasi və iqtisadi təsir rıçaqlarını genişləndirməyə yönəlib.

Qəzetin yazdığına görə, Vaşinqton administrasiyası İran neftini daşıyan tankerlərin ələ keçirilməsi variantını nəzərdən keçirib. Nəşr bildirir ki, bu ssenari İranın nüvə proqramını və regiondakı fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi daşıyan təzyiq strategiyasının bir hissəsi kimi müzakirə olunub.

Hesabatda qeyd olunur ki, Tehranın mümkün cavab addımları və belə bir addımın qlobal neft bazarına təsiri ilə bağlı risklər səbəbindən planın icrası hələlik təxirə salınıb. Mənbələrin bildirdiyinə görə, neft qiymətlərində kəskin artım ehtimalı Vaşinqton üçün ciddi narahatlıq doğurur.

Bundan əvvəl mediada Omandakı danışıqlar ərəfəsində ABŞ-ın İrana dörd şərt təqdim etdiyi və onların qəbul edilməməsi halında hərbi addımların istisna edilmədiyi barədə iddialar yayılmışdı.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr