AZ

"Ukrayna və Rusiya yaya qədər atəşkəs elan edə bilər" - Zelenski

Yazını böyüt
Yazını kiçilt

"Ukrayna və Rusiya yaya qədər atəşkəs elan edə bilər, lakin bunun üçün ABŞ-ın təcavüzkara təzyiq göstərməsi vacibdir".

Hafta.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Döyüşlərin yaya qədər dayandırılmasının real olub-olmaması təkcə Ukraynadan deyil, həm də Rusiyaya təzyiq göstərməli olan Amerikadan asılıdır. Əgər təkcə Ukrayna tərəfində deyil, həm də Rusiyada istək varsa, onda biz yaya qədər düşmənçiliklərə son qoya biləcəyik", - deyə Zelenski hesab edir.

Ukrayna lideri, həmçinin əlavə edib ki, atəşkəsdən əvvəl ABŞ ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sənədin imzalanması, ölkənin müharibədən sonrakı yenidən qurulmasını müəyyən edəcək Ukrayna üçün bərpaya dair sənədin imzalanması və bunun üçün həm amerikalıların, həm də avropalıların iştirakı, 20 maddəlik Sülh Planı, xüsusən də Donetsk bölgəsinin gələcəyi barədə razılığın əldə edilməsi, Sülh Planının referenduma təqdim edilməsi vacibdir.

"Düşünürəm ki, bütün bunları yaydan əvvəl edə bilərik", - deyə Prezident qeyd edib.

Xatırladaq ki, Zelenski bundan öncə Amerika tərəfinin müharibəni iyun ayına qədər bitirməyə çalışdığını və danışıqlar üçün cədvəl üzərində işlədiyini açıqlamışdı.

Zelenski, həmçinin bildirib ki, ABŞ təhlükəsizlik zəmanətləri də daxil olmaqla bütün əsas müqavilələri eyni vaxtda imzalamaq imkanını nəzərdən keçirir.

Seçilən
16
5
hafta.az

8Mənbələr