AZ

“Subimendi düzgün azadlıqlarla oynadıqda möhtəşəm çıxış etdi”

“Arsenal”ının baş məşqçisi Mikel Arteta yarımmüdafiəçisi Martin Subimendini yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Onunla ilk dəfə danışanda dedi ki, oynadığı mövqedə irəliləmək baxımından bir qədər məhdudiyyət hiss edirmiş. Biz düzgün anlarda və uyğun rəqiblərə qarşı ona azad hərəkət imkanları yaratmağa çalışırıq ki, boş zonalara hücum etsin. Bu strategiya möhtəşəm nəticə verdi və Subimendi gözəl çıxış etdi”.

Qeyd edək ki, Subimendi yaxınlarda Premyer Liqada “Sanderlend”ə qarşı keçirilən oyunda (3:0) fərqlənib. İspan futbolçunun matçdakı ilk qolu sol yarımhücum zonasından dəqiq uzaqdan zərbə ilə qeydə alınıb.

Martin Subimendi 2025-ci ilin yayında “Arsenal”a transfer olunub. Hazırda onun aktivində altı qol var — beşi Premyer Liqada, biri isə Kubok turnirində.

Seçilən
10
90deqiqe.az

1Mənbələr