AZ

"Bavariya" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir

“Mançester Siti”nin müdafiəçisi Con Stouns karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumata görə, 31 yaşlı futbolçuya “Bavariya” maraq göstərir. Almaniya nəhəngi artıq ingilis futbolçunun agenti ilə danışıqlara başlayıb.

Münhen klubu hesab edir ki, Stouns “şəhərlilər” ilə mövcud müqaviləsini (30 iyun 2026-cı ilə qədər) uzatmayacaq və yay transfer pəncərəsində onu sərbəst transfer edə biləcək.

Con Stouns 2016-cı ildə “Everton”dan “Mançester Siti”yə 55 milyon avroya keçib. Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 13 oyuna çıxıb və məhsuldar hər hansı hərəkət etməyib. Transfermarkt portalına görə, Stounsun bazar dəyəri 18 milyon avrodur.

Seçilən
12
90deqiqe.az

1Mənbələr