AZ

Prezidentimizi və bizi lənətləyən hər kəs gec tez... Medvedev

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın digər dövlətlərlə münasibətlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu açıqlamanı “Vahid Rusiya” Partiyasının ekspert şurası ilə görüşdə səsləndirib.

Medvedevin sözlərinə görə, mövcud beynəlxalq şərait Moskvanı xarici siyasət prioritetlərini yenidən qiymətləndirməyə vadar edir.

“Heç nə əbədi deyil. Bizə mane olan hər şeyi və hər kəsi xatırlamalıyıq”, – deyə o qeyd edib.

Siyasətçi həmçinin iddia edib ki, zaman keçdikcə Rusiyanı, onun rəhbərliyini və ölkə siyasətini sərt şəkildə tənqid edən şəxslər mövqelərini dəyişə bilərlər.

“Ölkəmizi, prezidentimizi və bizi lənətləyən hər kəs gec-tez Rusiyaya qayıtmağa cəhd göstərəcək”.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
globalinfo.az

1Mənbələr