AZ

“Bu qədər pul bunlarda haradandır?” Blogerlərlə iş xanımı arasında qalmaqal

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Artıq bir neçə gündür bloger Fidan Zeyn və özünü həyat məşqçisi kimi təqdim edən Azerina iş xanımı Könül Həmzəyeva ilə bağlı paylaşımları ilə gündəmə gəlib. 

Axşam.az xəbər verir ki, Fidan K.Həmzəyevaya biznes qurmaq üçün 150 min manat verdiyini, amma indi pulu geri ala bilmədiyini bildirib. O deyib ki, pulu vermək üçün maşınını, torpaq sahəsini satıb. Azerina da eyni iddia ilə paylaşımlar edib və maddi ziyana düşdüyünü bildirib. O qeyd edib ki, qarşı tərəfə külli miqdarda pul verib. 

K.Həmzəyeva məsələ ilə bağlı açıqlama verib. O, iddialara aydınlıq gətirib:

"Bu qədər susdum bəsdir. Birləşib mənə qarşı oyun qururlar. Fidanla şərikli biznes açdıq. 130 mindən artıq pul qoydu. İkimiz də pul xərcləyib, moda evi etdik. Pul məkandakı mebellərə, parçalara qoyulub. Xəstəxanada olanda mənə dedi ki, pulumu qaytar. Dedim, xəstəxanadan çıxım, hesablaşarıq. Gedib başqa adamla iş qurub, ona söz verib ki, Könüldən alıb verəcəyəm. Bu işdən hətta gəlir də götürüb. Söz verdim ki, məsələni həll edəcəyəm. Borc nədirsə qaytaracağam. Mənə demədən gedib polisə şikayət ərizəsi yazıb. Məni canımdan bezdiriblər. Bir biznes qurulubsa, bura pul xərclənibsə, hər iki şərik bərabər hüquqa sahibdir. Mən biznesin arxasından qaçmıram. Onun qoyduğu və götürdüyü pulu hesablayıb, yerdə qalan borcu qaytaracağam. Belədə ki, pul məkandakı mebellərə xərclənib, mebellər də oradadır. Əlimdə o qədər sübutlar var. Daşa, divara, taxtaya qoyulan pulu qaytarmaq üçün vaxt lazımdır. Yalan deyir ki, guya, maşın, torpaq sahəsi satıb".

İş xanımı Azerinanın yayımladıqlarına isə belə aydınlıq gətirib:

"O xanımın özü vaxtilə nə qədər insanı aldadıb. İndi də saçına parik taxıb, yalandan deyir ki, ritual etdim uzandı. 20 manatlıq pulqabını, insanlara 500-1000 manata satan adamdır. Özünü psixoloq, həyat məsləhətçisi kimi təqdim edir, ona inanan insanların sirrlərini başqalarına danışır. Gedib onu araşdırsınlar ki, bu qədər mal-mülk onda haradandır? Nə qədər evi, torpaq sahələri, xaricdə evləri var. Bu pulları haradan alır? Aramızdakı mübahisəyə səbəb avtomobil olub. Bir yaxınımın satdığı avtomobili bu alıb, pulunu isə az-az verəcəyini deyib. Sonra gəldi ki, maşın köhnədir, təzə deyil. Cavab verdim ki, gedək servisdə yoxlasınlar, əgər təzə deyilsə, pulunu alıb qaytaracağam. Bir Nigar adlı rəfiqəsi ilə əlbir olub, mənə oyunlar qurdular. Onun taxdığı qızıllar mənimdir. Deyiblər ki, Könülü polisə verək, tutsunlar, qızıllar da qalsın bizə. Nə qədər adam var ondan şikayət edir. Amma hamıya deyir ki, arxamda duran var, mənə heç nə edə bilməzsiniz. Kimdir onun arxasında duran? Bir dəfə şikayət ərizəsi yazdı, getdim məsələni aydınlaşdırmağa, ağladı, ərizəni geri götürdü. İndi yenidən ərizə yazıb. Atasına zəng vurdum ki, gəlin oturaq, məsələni aydlnlaşdıraq. Qayıtdı ki, siz kişi deyilsiniz, sizinlə nə danışım? İndi mən qadınam deyə, məni canımdan bezdirməlisiniz? Əlimdə o qədər səsyazılar, mesajlar var ki. Azerinanın yanına gələn müştərilərin sirrini necə insanlara yaydığını göstərəcək dəlillərim var. Mən də durub bunlardan istifadə edim?".

Qafqazinfo.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, Xətai RPİ-də istintaq araşdırmaları aparılır:

“Araşdırmalarla əmələ hüquqi qiymət veriləcəkdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
axsam.az

1Mənbələr