Ermənistanın baş naziri Nikol Pasinyan parlamentdəki çıxışı zamanı mühüm fikirlər səsləndirib. SİA erməni mediasına istinadən xəbər verir ki, hökümət rəhbəri bəyan edib ki, Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddəti 2046-cı ilə qədər uzadılacaq.
SİTAT: "Ermənistan AES-in istismar müddəti 2036-cı ilə qədər uzadıldıqdan sonra daha 10 il, yəni 2046-cı ilə qədər uzadılmalıdır. Bu müddət ərzində yeni stansiya ilə bağlı qərar qəbul edilməlidir", - N. Paşinyan əlavə edib.
Mətləb