AZ

“Kəpəz” rəhbərliyi Veysəl Rzayevə baş çəkdi - ŞƏKİLLƏR

“Kəpəz” rəhbərliyi Veysəl Rzayevə baş çəkib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz” PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə, infrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov və komandanın kapitanı Əli Səmədov futbolçu Veysəl Rzayevi ziyarət ediblər.

Klub nümayəndələri Veysəlin səhhəti ilə yaxından maraqlanıb, ona mənəvi dəstək göstərərək tezliklə tam sağalmasını və yaşıl meydanlara qayıtmasını arzulayıblar.

Seçilən
91
11
fanat.az

10Mənbələr