AZ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

“Sabah”ın ötən ay yollarını ayırdığı Neqoş Kupusoviç özünə yeni klub tapıb.

Bizim.Media xəbər verir ki, 24 yaşlı hücumçu Bosniya və Herseqovina çempionatında oynayacaq. 

O, yüksək liqa təmsilçisi “Radnik”lə anlaşıb.

Kuposoviç 2027-ci il mayın 31-nə qədər Biyelyina təmsilçisinin formasını geyinəcək. Serb hücumçu 2024-cü ildən “Sabah”a keçmişdi və 29 matçda meydana çıxmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
7
1
bizim.media

2Mənbələr