AZ

“Metsamor AES in istismar müddəti 2046 cı ilə qədər uzadılacaq”​ Paşinyan

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddəti 2046-cı ilə qədər uzadılacaq”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında bildirib.

O qeyd edib ki, stansiyanın fəaliyyət müddəti 2036-cı ilə qədər uzadıldıqdan sonra daha 10 il artırılmalıdır:

“Bu müddət ərzində hökumət yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı yekun qərar qəbul etməlidir. Hazırda yeni nüvə reaktoru məsələsini Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya ilə müzakirə edirik”.

Qeyd edək ki, fevralın 9-da İrəvanda ABŞ-nin vitse-prezidenti Ceyms Di. Vens ilə Nikol Paşinyan arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalanıb. Sənəd çərçivəsində ABŞ-nin Ermənistanın nüvə enerjisi sektoruna 9 milyard dollar investisiya yatıracağı və ölkədə kiçik modul tipli reaktorların (SMR) quraşdırılmasına dəstək verəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
2
qafqazinfo.az

3Mənbələr