AZ

Azərbaycan bayrağı Kilimancaro zirvəsində FOTOLAR

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Alpinist Vəfa Musayeva fevralın 7-də Afrikanın ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsində (5895 m) Azərbaycan Bayrağını dalğalandırıb.

"Unikal" xəbər verir ki, Everest və Lhotse zirvələrini eyni ekspedisiya çərçivəsində fəth edən ilk azərbaycanlı qadın alpinist bununla dağçılıq yolçuluğunu uğurla davam etdirib. Bu zirvə onun 7 Zirvə layihəsi istiqamətində atdığı növbəti mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, Vəfa Musayeva Kilimancaro yürüşündə Azərbaycanı təmsil edən yeganə qadın idmançı olub. Onun çıxışı sürətli yürüş hesab olunur. Alpinist Marangu marşrutu ilə dayanmadan hərəkət edərək zirvəyə qalxıb və eyni tempdə eniş edib. 5895 metr hündürlükdə, oksigenin azaldığı və temperaturun kəskin dəyişdiyi şəraitdə həyata keçirilən bu çıxış ciddi fiziki və psixoloji dözümlülük tələb edir.

Enişdən sonra dağçılıq təşkilatı tərəfindən onun çıxışı rəsmi şəkildə təsdiqlənib və buna uyğun sertifikat təqdim olunub.

Hazırda alpinist enişi tamamlayaraq istirahət mərhələsindədir və müxtəlif ölkələrdən olan dağçılarla görüşərək növbəti planlarını müzakirə edir. Onun qarşıdakı hədəfləri sırasında 7 Zirvə layihəsi çərçivəsində yeni ekspedisiyalar yer alır.

Beləliklə, Vəfa Musayeva dağçılıq yolunda növbəti zirvəni də fəth edərək Azərbaycan idman tarixində öz imzasını atmağa davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
4
unikal.az

5Mənbələr