ain.az bildirir, GlobalInfo portalına istinadən.
İranın hərbi hava qüvvələrinin modernləşdirilməsi istiqamətində atdığı mümkün addımlar regionda diqqətlə izlənilir. Son məlumatlara görə, Tehran Rusiyanın ixrac versiyası olan “Su-57E” əvəzinə Çinin beşinci nəsil “J-20” qırıcılarını almaq variantını nəzərdən keçirir.
Globalinfo.az-ın xəbərinə görə, qeyd olunur ki, bu yaxınlarda Tehranda keçirilən görüş zamanı Çin Xalq Respublikasının İslam Respublikasındakı səfirliyinin hərbi attaşesi İran Hərbi Hava Qüvvələrinin komandanına “J-20” qırıcısının modelini təqdim edib. Bu addım Pekinlə Tehran arasında hərbi-texniki əməkdaşlığın mümkün genişlənməsi kimi qiymətləndirilir.
Məlumata görə, İran uzun müddətdir ki, hava qüvvələrinin yenilənməsi istiqamətində danışıqlar aparır. Əvvəllər Rusiya istehsalı olan “Su-35” qırıcılarının alınması məsələsi gündəmdə idi. İndi isə beşinci nəsil təyyarələrə maraq göstərilməsi Tehranın daha müasir və yüksək texnologiyalı platformalara üstünlük vermək niyyətindən xəbər verə bilər.
Ekspertlərin fikrincə, əgər İran həqiqətən də “J-20” qırıcılarının alınması ilə bağlı qərar versə, bu, regionda hərbi balans və geosiyasi münasibətlər baxımından yeni mərhələnin başlanğıcı ola bilər. Hələlik isə tərəflər arasında mümkün müqavilə ilə bağlı rəsmi açıqlama verilməyib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.