AZ

Qarabağ Montieli satacaq? İspan futbolçuya elçi düşənlər var

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Qarabağ"ın heyətində son vaxtlar sərgilədiyi baxımlı oyunla diqqət mərkəzinə düşən ispan yarımmüdafiəçi Joni Montiellə bağlı transfer iddiaları artmaqdadır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçuya Çin və digər Asiya ölkələrinin klubları ciddi maraq göstərir.

Bundan əlavə, Bolqarıstan çempionu "Ludoqorets"in də Montieli heyətinə qatmaq niyyətində olduğu bildirilir.

Qeyd edək ki, ispaniyalı oyunçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

O, bu yay Ağdam təmsilçisinə İspaniyanın "Rayo Valyekano" klubundan azad agent kimi keçib.

Montiel İspaniyanın U-17 və U-19 yığmalarında çıxış edib və ümumilikdə 5 oyunda forma geyinib. O, "Rayo Valyekano" akademiyasının yetirməsidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
117
1
baku.ws

2Mənbələr