AZ

Rusiyada tamamilə qadağan olundu: Heç kimin gözləmədiyi qərar açıqlandı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyada “WhatsApp messenceri” tamamilə bloklanıb.

Globalinfo.az xəbər verir ki, “WhatsApp”ın domeni “suveren RuNet” qanunu çərçivəsində yaradılmış Milli Domen Adları Sisteminin (NDNS) reyestrindən çıxarılıb. Bu isə platformanın ölkə daxilində texniki səviyyədə deaktiv edildiyini göstərir.

Artıq istifadəçilər messencerə yalnız VPN vasitəsilə daxil ola bilirlər. Bu fakt onu deməyə əsas verir ki, tətbiq sadəcə sürətinin azaldılması ilə deyil, birbaşa tənzimləyici qurumun sistemində bloklanma ilə üzləşib. Sonradan eyni vəziyyətin “WhatsApp”a aid digər domenlərə də şamil olunduğu bildirilib.

Bundan əlavə, YouTube, Facebook, Instagram, Messenger, Torproject və bir sıra digər resursların da Roskomnadzorun DNS serverlərində siyahıda yer almadığı qeyd olunur. Bu isə Rusiyada xarici platformalara qarşı nəzarət və məhdudiyyətlərin daha da sərtləşdirildiyini göstərir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
globalinfo.az

1Mənbələr