AZ

Olimpiya çempionlarımız Böyük Dəbilqə turnirində tatamiyə çıxacaqlar

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında məlumat paylaşılıb.

Bu yarışda cüdo üzrə Azərbaycan millisinin 10 çəki dərəsində 20 cüdoçusu (13 kişi, 7 qadın) mübarizə aparacaq.

Kişilərin mübarizəsində Yusif Əhmədov, Balabəy Ağayev, Turan Bayramov (hamısı 60 kiloqram), Nizami İmranov (66 kiloqram), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Murad Fətiyev, Zelim Kotsoyev (hər ikisi 90 kiloqram) qüvvəsini sınayacaqlar.

Qadınlarda isə Könül Əliyev, Şəfəq Həmidova, Leyla Əliyeva (hamısı 48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, turnir fevralın 27-dən martın 1-dək təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
2
oxu.az

3Mənbələr