AZ

Netanyahudan Trampa növbəti jest: Sənədi imzaladı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Donald Trampla görüşdən əvvəl Benyamin Netanyahu dövlət katibi Rubionun iştirakı ilə İsrailin “Sülh Şurası”na qoşulması barədə sənədi imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ağ Ev fevralın 19-da Qəzza ilə bağlı “Sülh Şurası”nın iclasını keçirməyi planlaşdırır. Bildirilir ki, görüş Qəzza sektorunun idarə olunması ilə bağlı yeni təşəbbüsün maliyyələşdirilməsi üçün vəsait toplamaq məqsədi daşıyacaq. İlkin hesablamalara görə, layihənin icrasına başlamaq üçün bir neçə milyard dollar tələb olunur.

Məlumata əsasən, Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” yalnız Qəzzanın bərpası ilə məhdudlaşmayacaq. ABŞ prezidenti qurumu qlobal münaqişələrin tənzimlənməsi üçün BMT-yə alternativ ola biləcək beynəlxalq platformaya çevirməyi hədəfləyir. Qeyd olunur ki, indiyədək şuraya 27 dövlət qoşulub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr