AZ

Madaqaskarı "Gezani" siklonu vurdu: Ölənlər var

Madaqaskarın şərqindəki Tuamasina şəhərini vuran "Gezani" tropik siklonu nəticəsində azı doqquz nəfər həyatını itirib, 19 nəfər müxtəlif ağırlıqlı xəsarətlər alıb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bürosu bildirib.

Hazırda siklon hazırda ölkənin mərkəzi hissəsinə doğru hərəkət edir.

Madaqaskar əhalisinə "Gezani" siklonunun yaxınlaşması barədə əvvəlcədən xəbərdarlıq edilib, siklonun episentrində küləyin sürəti saatda 250 km-ə çatır. Məktəblərdə dərslər müvəqqəti olaraq dayandırılıb. Milli "Madagascar Airlines" aviaşirkəti fevralın 11-nə bütün uçuşları ləğv edib.

Sinoptiklər siklonun Madaqaskarın şərq sahili boyunca təxminən beş-altı bölgəyə təsir edəcəyini və güman ki, daha sonra mərkəzi dağlıq əraziləri vuracağını gözləyirlər. Fırtına gücündə küləklərin güclü yağışla müşayiət olunacağı və 24 saat ərzində 100-150 mm yağıntının düşəcəyi gözlənilir. Daşqın və torpaq sürüşmələri də istisna edilmir.

Seçilən
25
moderator.az

1Mənbələr