Türkiyə və Yunanıstan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair yeddi sənəd imzalanıb.
“İki sahil” xəbər verir ki, imzalanma və sənədlərin mübadiləsi mərasimində Yunanıstanın Baş naziri Kiryakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Sənədlərin altısı hər iki ölkənin nazirləri, biri isə (Türkiyə ilə Yunanıstan hökumətləri arasında ortaq bəyannamə) Kiryakos Miçotakis və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Daha sonra R.T.Ərdoğan bildirib ki, bu sənədlər ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək.