AZ

Apteklərdə yoxlamalar aparıldı – Nazirlikdən nəticə barədə açıqlama

Cari ilin yanvar ayı ərzində aparılan yoxlamalar nəticəsində 1 aptekdə reseptlə buraxılmalı olan dərman vasitəsinin reseptsiz satışı müəyyən edilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövründə bu say 8 olub.

"Bütün hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi üzrə protokollar tərtib edilib", - məlumatda qeyd olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
3
olaylar.az

4Mənbələr