AZ

Vensin İlham Əliyevə Bakıda dediyi möhtəşəm cümlə – İlk dəfə etiraf edildi

ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Bakıda mətbuat konfransı zamanı səsləndirdiyi "İlham Əliyev ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə yaxşı münasibətləri olan yeganə dünya lideridir" fikri siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Sözügedən bəyanat özündə hansı mesajları birləşdirir? Bu, sadəcə diplomatik nəzakətdir, yoxsa İlham Əliyevin diplomatiyasına heyranlıq ifadəsidir?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Vensin bu ifadəni səsləndirməsinin arxasında siyasi və geopolitik gerçəklər dayanır:

"Həqiqətən də Azərbaycanı Türkiyə və İsraillə ən yaxşı əlaqələrə malik ölkə adlandıra bilərik. Bu baxımdan rəsmi Bakı dəfələrlə tərəfləri bir araya gətirməyə, mövcud gərginlikləri aradan qaldırmağa cəhd edib və uğurlu olub. ABŞ siyasi eltiası da bütün bunları dəqiqliklə müşahidə edir.

Hələ ABŞ-da prezident seçkiləri ərəfəsində İlham Əliyev demişdi ki, respublikaçıların hakimiyyəti dövründə Azərbaycan-ABŞ münasibətləri daha yaxşı olub və Donald Tramp yenidən hakimiyyətə gələrsə, əlaqələr daha da inkişaf edə bilər. Sonrakı proseslər bu proqnozu doğruldub.

Prezident İlham Əliyevin formalaşdırdığı yeni reallıqlar, eləcə də Trampın səyləri nəticəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb, Vaşinqton Bəyannaməsi qəbul edilib, Zəngəzur dəhlizi ilə bağlı TRIPP marşrutu təsdiqlənib. Bu, ciddi diplomatik irəliləyişdir".

Politoloq əlavə edib ki, Donald Tramp İlham Əliyevin fəaliyyəti barədə məlumatlıdır və onu güclü lider kimi qiymətləndirir:

"Ağ Evin rəmzi açarının Azərbaycan Prezidentinə təqdim olunması və Davosda vaxt məhdudiyyətinə baxmayaraq, Volodimir Zelenski ilə yanaşı İlham Əliyevlə də görüş keçirilməsi bunun göstəricisidir.

Tramp son dövrlər İsrail-Türkiyə münasibətlərinin normallaşmasına çalışsa da, Azərbaycan artıq təxminən 20 ildir ki, həm İsrail, həm də Türkiyə ilə paralel və balanslı siyasət yürüdür. Vitse-prezidentin açıqlaması da məhz bu çoxşaxəli və balanslı xarici siyasət kursuna verilən müsbət qiymət kimi dəyərləndirilə bilər.

Bundan sonra Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf edəcəyi gözlənilir və imzalanan strateji xartiya iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə çıxara bilər. Azərbaycanın siyasi vektoru getdikcə daha qlobal xarakter alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr