Rusiya Kubaya uçuşları müvəqqəti dayandıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat verib.
Məlumata görə, yanacaq problemləri səbəbindən aviaşirkətlər Kubaya uçuşları dayandırır.
Qeyd edək ki, ABŞ-ın təzyiqi ilə ölkədə təyyarə yanacağı çatışmazlığı səbəbindən yüzlərlə rusiyalı turist Kubada qalıb.