ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Ruben Vardanyan məhkəmədə yenə şüar səsləndirdi: “Artsax var idi, var və olacaq”. Reallıq isə sadədir: beynəlxalq hüquqda belə bir dövlət heç vaxt olmayıb. “Artsax” BMT tərəfindən tanınmayıb, Ermənistan tərəfindən də tanınmayıb. Heç bir ciddi beynəlxalq qurum “Artsax”ı tanımayıb. Qarabağ Azərbaycanın ərazisidir və bu məsələ 2023-cü ildən sonra artıq hərbi yox, hüquqi fakt kimi bağlanıb.
Bakupost.az xəbər verir ki, bu sözləri mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.
“Vardanyan Qarabağa “yerli siyasi fiqur” kimi gəlməmişdi. O, Rusiyanın siyasi orbitindən çıxıb bölgəyə transfer edilmiş bir layihə idi. Məqsəd prosesi sülhdən uzaqlaşdırmaq, Moskvanın təsir mexanizmini qorumaq idi. Amma Rusiya özü də ona sahib çıxa bilmədi.
Bu gün Cənubi Qafqaz sürətlə Rusiyanın təsir dairəsindən çıxır. Ermənistan Qərbə inteqrasiya yolunu seçir. Azərbaycan regional əməkdaşlıq modelini irəli aparır. Müharibə mərhələsini qarşılıqlı anlaşma və sülh mərhələsi əvəz edir.
Vardanyan isə hələ də müharibə partiyasının ritorikasında qalır. O, sülh prosesinin yox, qarşıdurma xəttinin simvoludur.
Füzulidən sitat gətirmək vəziyyəti dəyişmir. Füzuli separatizm şairi deyil. O, ədalətin və mənəvi kamilliyin şairidir. Ərazi iddialarının yox.
“Bir parça çörək üçün xidmətçi olmayın” demək emosional şüardır. Amma reallıq budur: regionda gələcək iqtisadi əməkdaşlıqdan keçir, şüarlardan yox.
“Artsax var idi” – keçmişdə bir separatçı qurumun daxili ifadəsi idi.
“Artsax var” – hüquqi baxımdan yanlış iddiadır.
“Artsax olacaq” – artıq geosiyasi reallıqdan qopmuş siyasi fantaziyadır.
Zaman dəyişib. Region dəyişib. Güc balansı dəyişib.
Sülh gəlir. Müharibə partiyasının liderləri isə tarixdə qalır”, - o bildirib.
Asena,
BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.