Bakı. Trend:
Kaylari Universitetinin alimləri apardıqları araşdırmanəticəsində müəyyən ediblər ki, B3 vitamininin (niasin) yüksəkdozaları immun hüceyrələrini aktivləşdirə və beyin xərçənginin ənaqressiv növlərindən biri olan qlioblastomanın böyüməsini ləngidəbilər.
Trend xarici KİV-əistinadən xəbər verir ki, tədqiqatın nəticələri "Journal ofNeuro-Oncology" (JNO) jurnalında dərc olunub.
Tədqiqatçılar diqqəti immun sisteminə yönəldiblər: qlioblastomaimmun hüceyrələrinin aktivliyini zəiflədir və onların şişə effektivhücum etməsinə mane olur.
Heyvanlar üzərində aparılan laborator təcrübələr göstərib ki,niasin (B3) zəiflədilmiş hüceyrələri yenidən aktivləşdirə vəonların şişə qarşı fəaliyyətini gücləndirə bilir.
Alimlər qeyd edirlər ki, nəticələr hələlik ilkin mərhələdə olsada ümidvericidir. Eyni zamanda mütəxəssislər bildiriblər ki, B3vitamininin yüksək dozaları toksik ola bilər və yalnız ciddi tibbinəzarət altında tətbiq olunmalıdır.