AZ

"Qalatasaray"a Arsen Venger sürprizi

“Qalatasaray” komandasına Arsen Vengerlə bağlı təklif irəli sürülüb. Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın keçmiş vitse-prezidenti Turqay Kıran bildirib ki, klub Avropada uğur qazanmaq üçün Arsen Vengerin xidmətindən istifadə etməlidir. Onun sözlərinə görə, “Qalatasaray”ın məşqçisi Okan Burukun təcrübəli məsləhətçiyə ehtiyacı var. O, bununla bağlı Arsen Vengeri təklif edib.

Turqay Kıran, “Okan Buruk çox istedadlı məşqçidir və heç kim onun böyük uğurunu inkar edə bilməz. Lakin Avropada uğur qazanmaq üçün çox təcrübəli texniki məsləhətçiyə ehtiyacı var. Yaxşı xarici məsləhətçi lazımdır. Təklif etdiyim ad Arsen Vengerdir”, - deyə bildirib.

Seçilən
38
50
metbuat.az

10Mənbələr