GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın iştirakı ilə növbəti sülh danışıqlarının gələn həftə, 17-18 fevral tarixlərində keçiriləcəyini açıqlayıb.
Gllobalinfo.az xəbər verir ki, o, bu barədə Bloomberg agentliyinə müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, görüşdə əsas diqqət ən çətin məsələ olan ərazi mövzusuna yönələcək. Hələlik Rusiya nümayəndələrinin danışıqların ABŞ ərazisində keçirilməsinə razılıq verib-verməyəcəyi bəlli deyil.
Gündəlikdə ABŞ-ın Donbasda “azad iqtisadi zona” yaradılması təşəbbüsü də yer alır. Lakin bu təklifə həm Ukrayna, həm də Rusiya tərəfi ehtiyatla yanaşır. Zelenski bildirib ki, əvvəlki danışıqlar raundu Birləşmiş Ərəb Əmirliklərində keçirilib və əsasən atəşkəsin elan olunması, eləcə də onun ABŞ tərəfindən monitorinq mexanizmi müzakirə edilib. Ancaq ali siyasi səviyyədə qərarların olmaması səbəbindən detalları razılaşdırmaq mümkün olmayıb.
Hazırda tərəflər gələcək razılaşmanın mətnini hazırlayırlar. Prezidentin sözlərinə görə, müzakirələr göstərib ki, istənilən mümkün atəşkəs ABŞ-ın iştirakı ilə monitorinq mexanizmini tələb edəcək.
“Rusların bir formulu var. Monitorinqin olacağı barədə ümumi anlayış mövcuddur, amma formul və detallar üzərində daha çox işləmək lazımdır”, – Zelenski vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.