AZ

Bakı Şamaxı Yevlax yolunda qatı duman var Sürücülərin diqqətinə! FOTOLAR

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qar və buzdan sonra yolları qatı duman bürüyüb. Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində, Ağsu aşırımında, eləcə də Muğanlı–İsmayıllı yolunda qatı duman müşahidə olunur. Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, iki saatdan artıqdır davam edən sıx duman səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda paytaxtdan şimal-qərb və Aran rayonlarına, eləcə də əks istiqamətdə hərəkət edən sürücülər üçün görmə məsafəsi xeyli azalıb. Bu səbəbdən nəqliyyat vasitələrinin sürəti saatda 40 kilometrdən yuxarı olmur.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar ərazidə yol-patrul xidməti əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır, hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Oxunub 70

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
9
avtosfer.az

10Mənbələr