BAKI, 11 fevral. TELEQRAF
Ukrayna "Sunray" adlı yeni lazer hava hücumundan müdafiə sistemi hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Atlantic" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın zərbələri Ukraynanı yüksək texnologiyalı hava hücumundan müdafiə sistemini inkişaf etdirməyə məcbur edib. "Sunray"ın yaradıcıları silahı son iki il ərzində bir neçə milyon dollara hazırladıqlarını bildiriblər.