BAKI, 11 fevral. TELEQRAF
Meksika kartelinin dronları ABŞ hava məkanını pozub.
Teleqraf xəbər verir ki, bu barədə "NewsNation" saytı adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
"Müdafiə Nazirliyi dronları məhv etmək üçün tədbirlər görüb", - deyə rəsmi bildirib.
Qeyd edək ki. yanvar ayında ABŞ Prezidenti Donald Tramp Meksikanı da Venesuelanın aqibəti gözlədiyini qeyd edib. O, ölkə prezidenti Klaudiya Şeynbaumun "yaxşı qadın" olduğunu, lakin ölkəni kartellərin idarə etdiyini deyib.