AZ

ABŞ nin Azərbaycanla hərbi sahədə növbəti illərdə də əməkdaşlığı genişlənəcək EKSPERT

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycan və ABŞ hərbi-texniki sahədə əməkdaşlığı daha da genişləndirir. Ötən gün imzalanan Azərbaycan və ABŞ arasında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” imzalanıb və həmin məsələ bu sənəddə öz əksini tapıb. Belə əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətini gücləndirməyə, hərbi texnologiyalar üzrə bilik və təcrübəsini artırmağa və strateji təhlükəsizlik sahəsində tərəfdaşlıq imkanlarını genişləndirməyə imkan yaradacaq.

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirib ki,  2026-cı ildə və növbəti illərdə bu sahədə əməkdaşlığın daha da genişlənəcəyi gözlənilənilir:

“ABŞ və Azərbaycan arasında əvvəllər də hər bir texniki sahədə əməkdaşlıq mövcud olub. Amma bəzi səbəblərdən bu əməkdaşlıq bir qədər səngiyib. Lakin indi ABŞ-Azərbaycan münasibətlərində böyük dinamiklik müşahidə olunur. Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-nin vitse-prezidenti arasında keçirilən görüşdə ABŞ tərəfi bəyan edib ki, onlar Azərbaycana sürətli katerlər verəcək. Bu, Azərbaycanın dəniz sərhədlərinin etibarlı qorunması və oradakı karbohidrogen resurslarının müdafiəsi üçün ABŞ-nin öz dəstəyini göstərməsi deməkdir. Əlbəttə ki, bu, çox müsbət haldır, çünki həm müdafiə nazirliyinin, həm də dövlət sərhədinin qorunmasını gücləndirir. Xəzər dənizində hələ bəzi mübahisəli məsələlər və bəzi ölkələri razı salmayan məqamlar mövcuddur. Ona görə də hesab edirəm ki, ABŞ ilə əməkdaşlıq yalnız bu sahə ilə məhdudlaşmayacaq. Hərbi sənayenin birgə inkişaf etdirilməsi, birgə məhsulların işlənib hazırlanması və tətbiqi məsələləri də prioritet olacaq”. 

Ekspertin sözlərinə görə, bu, hər iki ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin güclənməsi baxımından önəmli məqamdır:

“İki ölkənin müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən şəxslərin  zabitlərin və peşəkar hərbi qulluqçuların bir-birinə gediş-gəlişi, həmçinin kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq da genişlənəcək. Təhsil, hərbi təlim və digər sahələrdə də Azərbaycanla ABŞ əlaqələrinin yüksələn xətt üzrə davam edəcəyini hesab edirəm. Keçirilən görüşləri məhz bu kontekstdə qiymətləndirirəm”.

Nurcan Babək

Oxunub 40

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
avtosfer.az

1Mənbələr