BAKI, 11 fevral. TELEQRAF
Rusiya aviaşirkətləri yanacaq problemləri üzündən Kubaya uçuşları dayandıracaq.
Teleqraf xəbər verir ki, bu barədə "Rosaviasiya" özünün Telegram kanalında məlumat verib .
Qərar "Rossiya Hava Yolları" və "Nordwind" tərəfindən qəbul edilib.
"Rosaviasiya" əlavə edib ki, qərar vəziyyət yaxşılaşana qədər qüvvədə qalacaq.
"Rusiya Nəqliyyat Nazirliyi və Federal Hava Nəqliyyatı Agentliyi iki ölkə arasındakı uçuşlarla bağlı vəziyyəti yaxından izləyir və Kuba ilə daim əlaqə saxlayır", - açıqlamada bildirilir.
Fevralın 9-da Kubada olan bir neçə min rusiyalı turistin respublikada təyyarə yanacağı çatışmazlığı səbəbindən Rusiyayaqayıtmaqda çətinlik çəkməsi barədə məlumat verilib. Kubada yanacaq çatışmazlığı ABŞ-ın neft blokadası səbəbindən yaranıb.