AZ

Venerada gizli tunellər kəşf edilib  

Alimlər Veneranın dərinliyində vulkan püskürmələri nəticəsində əmələ gələn gizli tunellər aşkarlayıblar. İtaliyanın Trento Universitetinin tədqiqatçıları NASA-nın Magellan missiyasından əldə edilən radar məlumatlarını qabaqcıl texnologiyalardan istifadə edərək yenidən araşdırdıqlarını açıqlayıblar.

Məlumata görə, tədqiqatlar nəhəng vulkan “Nyx Mons”un yamacları boyunca uzanan yeraltı boşluqları aşkar edib. Bu kəşfin Veneranın geoloji cəhətdən ölü planet olması ilə bağlı köhnə nəzəriyyələri sarsıtdığı deyilir.

Mütəxəssislər bildirirlər ki, “EnVision” kimi gələcək kosmik missiyalar vulkanik izləri daha dərindən araşdıracaq və səthin yüzlərlə metr dərinliyinə nüfuz edə bilən radar sistemlərindən istifadə edərək bu tunellərin dəqiq uzunluğunu və daxili quruluşunu müəyyən etməyi hədəfləyəcək. Həmçinin bildirilib ki, bu gizli yeraltı dəhlizlər Veneraya göndərilən robot kəşfiyyat vasitələri üçün təbii sığınacaq kimi xidmət etmək və onları planetin həddindən artıq istisindən qorumaq potensialına malikdir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr