
Yeni təyin olunan ədliyyə naziri Akın Gürlek və daxili işlər naziri Mustafa Çiftçinin andiçmə mərasimindən əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) gərginlik yaranıb.
Yeniavaz.com ”Haberler.com”a istinadla xəbər verir ki, CHP-li deputatlar yeni nazirlərin andiçmə prosesinə mane olublar.
Bu zaman AKP-dən olan millət vəkilləri ilə onlar arasında gərginlik yaşanıb.
Parlament sədri Bəkir Bozdağ iclası dayandırıb.
Daha sonra yeni nazirlər AKP-dən olan millət vəkillərinin köməyi ilə and içiblər.