AZ

Nə Rusiya, nə də Ukrayna! Qara dənizdə sahilə çıxan obyekt həmin ölkəyə məxsus oldu

Orduda sahilə çıxan pilotsuz uçuş aparatının bir parçasının İran istehsalı olan kamikadze dronu olduğu ortaya çıxdı.

Turkustan.az xəbər verir ki, hadisə dünən səhər Dövlət Sahil Yolunun yaxınlığında, Fevzi Çakmak məhəlləsindəki dəniz sahilində baş verib. Məlumata görə, yad cisim görən vətəndaşlar 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Məlumatdan sonra əraziyə çoxsaylı polis, jandarma və sahil mühafizə dəstələri göndərilib. Hadisə yerinə gələn dəstələr ərazini təhlükəsizlik lenti ilə əhatəyə alıblar.

İlk baxışdan pilotsuz uçuş aparatının bir hissəsi kimi görünən obyekt üçün əraziyə ekspert qrupları cəlb edilib. Araşdırma zamanı partlayış təhlükəsi səbəbindən Dövlət Sahil Yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Təxminən yarım saatlıq əməliyyat zamanı nəqliyyat axını alternativ yollara yönəldilib.

Parçanın ətraflı araşdırılmasından sonra əraziyə dörd nəfərlik SAS Komando qrupu, Ordu Vilayət Polis İdarəsinin bomba zərərsizləşdirmə qrupları, Ordu Sahil Mühafizəsinin şəxsi heyəti və rayon jandarma komandanlığının əməkdaşları göndərilib.

Orduda

Orduda

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
1
turkustan.az

2Mənbələr