Ukraynaya silah-sursat yardımı üçün dəstək toplamaqla bağlı Çexiyanın irəli sürdüyü təşəbbüs özünü doğrulda bilməyib.
APA xəbər verir ki, bu barədə anonim NATO rəsmisi “Reuters”ə danışıb.
Mənbənin sözlərinə görə, qlobal miqyasda Ukrayna üçün 5.95 milyard dollar dəyərində artilleriya mərmiləri almaq üçün vəsait toplamaq təşəbbüsü uğurlu alınmayıb və mərmilərin alınması üçün cəmi 1.4 milyard dollar yığılıb.
Məlumata görə təşəbbüsdə Çexiyadan əlavə Almaniya, Danimarka, Niderland və digər ölkələr yer alır.